Danimarka və Almaniya yeni enerji lahiyəsi haqqında razılığa gəlib

OXUNUB: 287 Özəl İQTİSADİYYAT DÜNYA
Danimarka Rusiya təbii qazından asılılığını azaltmaq istəyən Avropaya alternativ təklif etmək üçün dənizdəki külək enerjisi layihəsini genişləndirmək qərarına gəlib.

7NEWS.az xəbər verir ki, Baltik dənizinin altından çəkiləcək 470 kilometrlik kabel ilə Almaniyanın elektrik şəbəkəsinə qoşulacaq layihə ilə 2030-cu ilə qədər 4,5 milyon evi elektrik enerjisi ilə təmin etmək gücünə çatacaq. Almaniyanın İqtisadiyyat və İqlim naziri Robert Habek belə mühüm layihələrlə eyni anda iki məqsədə nail olunacağını ifadə edərək, həm Avropanın enerji təhlükəsizliyinin, həm də iqlim neytrallığının təmin ediləcəyini vurğulayıb.

7NEWS.az

RƏYLƏR