Almaniyada dövlət, enerji nəhəngi “Uniperi” satın aldı

OXUNUB: 114 Özəl İQTİSADİYYAT DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniya hökuməti ölkənin enerji nəhəngi "Uniper”in səhmlərinin əksəriyyətini almaq qərarına gəlib. Çərşənbə günü "Fortum” bildirib ki, Federal Hökumət və "Fortum” prinsipcə razılaşıblar. Bildirilib ki, Avropada enerji böhranı səbəbindən maliyyə çətinliyi yaşayan "Uniper”in maliyyə strukturunun yaxşılaşdırılması məqsədilə qəbul edilən qərar çərçivəsində "Uniper”in kapitalının 8 milyard avro artırılması planlaşdırılır. Kapitalın artırılması ilə əlaqədar olaraq, Federal Hökumətin "Fortum”un "Uniper”dəki payını hər səhm üçün 1,70 avroya almağı planlaşdırdığı açıqlanıb. Səhmlərin alınmasından sonra Almaniya hökuməti "Uniper”in 98,5 faizinə sahib olacaq.

7NEWS.az

RƏYLƏR