Daşkəsəndə polis reyd keçirib - FOTO

OXUNUB: 490 SOSİAL

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın  regional bürosuna verilən məlumata görə Daşkəsən rayon polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinn əməkdaşları tərəfindən rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə reydlər təşkil edilir. Dayanma-durma qaydalarını kobud şəkildə pozan avtomobillərin sahibləri barəsində inzibati protokollar tərtib olunub. Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
 


RƏYLƏR