"Davam" Ankaradan sonra ikinci işgüzar səfərini Sankt-Peterburqa edib

OXUNUB: 178 QHT
"Davam" Gənclər Hərəkatı ikinci işgüzar səfərini Rusiyanın şimal paytaxtı olan Sankt-Peterburqa edib. 

Səfər zamanı Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev pandemiya dövründə "oflayn” formatda keçirilən ilk nəhəng beynəlxalq tədbir olan XXIV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda "Davam" Gənclər Hərəkatını təmsil edib. 

Forum çərçivəsində keçirilən görüşlərdə iştirak edən Niyaz Əliyev "Davam" Gənclər Hərəkatı haqqında ətraflı məlumat verərək dostluq və əməkdaşlıq əlaqələrinin perspektivlərindən söhbət açıb. 

Forumun böyük plenar iclasında Rusiya Prezidenti Vladimir Putin, Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani, Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurts da çıxış edib. 

Səfər zamanı Niyaz Əliyev Sankt-Peterburq Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafovla görüşüb. Görüşdə ikitərəfli əməkdaşlıq nəticəsində Sankt-Peterburq şəhərində Dayaq Mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparılıb. 

"Rossotrudniçestvo" agentliyinin sədr müavini Dmitriy Polikanovla baş tutan görüş zamanı "Davam" haqqında geniş məlumat verən Niyaz Əliyev agentliyin Bakı nümayəndəliyi ilə edilən əməkdaşlıq haqqında da söhbət açıb.

 

RƏYLƏR