“Davam” beynəlxalq əlaqələrini Prezident mükafatçısına tapşırdı

OXUNUB: 592 QHT
"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Sabir Rüstəmov təhsil müəssisələri ilə iş üzrə katib vəzifəsindən azad edilərək beynəlxalq əlaqələr üzrə katib - beynəlxalq saziş və müqavilələrin bağlanması üzrə İdarə Heyəti sədrinin səlahiyyətli nümayəndəsi vəzifəsinə yüksəlib.


Sabir Rüstəmov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən "İlin gənci” mükafatına, Bakı Dövlət Universiteti tərəfindən "İlin tələbəsi” adına və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb. 


Qeyd edək ki, S. Rüstəmov "Davam" Gənclər Hərəkatını təsis edən 8 təşəbbüskar gəncdən biri, həmçinin YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət İdarə Heyətinin üzvüdür.

RƏYLƏR