Aktyor Robert De Niro Nyu-Yorkda "Toni” mükafatının təqdimolunma mərasimində ABŞ prezidenti Donald Trampı söyüb.
İcmal.Az xəbər verir ki, De Niro rokçu Bryus Sprinqstini nominasiyalardan birinin qalibi olduğunu elan etmək üçün səhnəyə çıxıb.
"Mən bir söz demək istəyirəm. Trampın ***”, - De Niro bildirib.
Onun bu sözlərini zaldakı aktyor, rejissor və prodüsserlər alqışla qarşılayıb.
Məlumatlara görə, mükafatın təqdimetmə mərasimi CBS telekanalı vasitəsilə canlı yayımlanıb.
İcmal.Az