DƏHŞƏTLİ AİLƏ DRAMI: Nişanlı və yeni ailə qurmuş 2 bacı eyni şəkildə öldü

OXUNUB: 746 HADİSƏ
Hacıqabul rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

İcmal.Az lent.az-a istinadən xəbər verir ki, Hacıqabul şəhər sakini, 1995-ci il təvəllüdlü Ağayeva Nəsibə Vadar qızının özünü qayınatasının evində asaraq öldürdüyü məlum olub. Bir uşaq anası olan Nəsibənin hansı səbəbdən özünü öldürdüyü dəqiq bilinməsə də, onun 2 il əvvəl dərin psixi sarsıntı keçirdiyi məlum olub. Belə ki, 2016-cı ildə Nəsibə Ağayevanın kiçik bacısı Kifayət atasının evində özünü öldürübmüş.

Nəsibədən 2 yaş kiçik olan Kifayət həmin vaxt nişanlı olub və ailə toya hazırlaşırmış.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

İcmal.Az

RƏYLƏR