Deputat: “Məhdudlaşdırılma gözlənilir” (VİDEO)

OXUNUB: 432 SOSİAL
"Peyvəndlənmə prosesində istənilən rəqəmlərə çatmadığımız üçün məhdudlaşdırmanın olma ehtimalı yüksəkdir. Məhdudlaşma tədbirləri tətbiq olunduqda isə peyvənd vurulan şəxslərin rahat hərəkəti məntiqli, uyğun və vacibdir”.

Bunu "ARB 24”ün "Nə baş verir?” verilişinə açıqlamasında millət vəkili Müşfiq Məmmədli deyib.

O bildirib ki, peyvənd vurulan şəxslərə güzəştlər tətbiq edilməsinin tərəfdarıdır:  

"Həmin şəxslər həm iqtisadi, həm də aktiv fəaliyyət prosesində daha rahat iştirak etməlidir”.

Millət vəkili onu da qeyd edib ki, artıq bir çox ölkələrdə peyvənd vurulan şəxslərə müəyyən güzəştlər tətbiq edilir:

"Skandinaviya ölkələrində peyvənd olunması ilə bağlı sertifikatı olan şəxslərin rahatlıqla bütün imkanlardan istifadəsi üçün şərait yaradılır. Müxtəlif ictimai tədbirlərdə həmin şəxslərin iştirakı və s. kimi güzəştlər tətbiq olunur.

Bundan başqa beynəlxalq münasibətlərdə fərqli yanaşma var. Məsələn, Çin ölkəsinə özlərinin istehsal etdiyi peyvəndi vurduran insanların daha rahat girişini təmin edəcəklərini bildirdi. Burada hiss olunur ki, bu prosesə artıq siyasət qarışır”.

RƏYLƏR