Deputat Ramil Həsən növbəti dəfə seçiciləri ilə görüşüb – UCARDAN FOTOLAR

OXUNUB: 178 GÜNDƏM
Azərbaycan Respublikası Milli Məclisinin 91 saylı Ucar Seçki Dairəsindən seçilmiş deputatı Ramil Həsən 28 aprel 2021-ci il tarixində vətəndaşların qəbulu çərçivəsində ilk öncə Ucar rayonunun mərkəzində Ümummilli lider Heydər Əliyevin, eyni zamanda, ad günü ərəfəsində görkəmli akademik, mərhum oftalmoloq Zərifə xanım Əliyevanın Qazıqumlaq kəndində xatirələrinə ucaldılmış abidələrini ziyarət edərək, önünə gül dəstəsi qoymuş, ehtiramını bildirmişdir. Millət vəkili Ucar rayon İcra başçısı Mənsur Məmmədovla bir araya gələrək qarşılıqlı fikir mübadiləsi aparmışdır. Deputat Ucar rayon Gənclər Evini ziyarət etmiş, Gənclər Evinin direktoru Elamin Dibirov və rayonun aktiv gəncləri ilə görüşmüşdür. Görüşdə Ucar rayon gənclərini maraqlandıran məsələlər, asudə vaxtlarının səmərəli təşkili, 44 günlük Vətən Müharibəsi Savaşı çərçivəsində Azərbaycan gəncliyinin vətənpərvər ruhu, aktiv və dinamik iştirakı, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında torpaqlarımızı düşməndən azad etməsi, eyni zamanda bundan sonra gələcək layihələrlə bağlı bir çox istiqamətlərdə müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır. 
Daha sonra saat 10:00-dan 13:00-a qədər Ucar rayon Heydər Əliyev Mərkəzinin inzibati binasında çox sayda Ucar rayon sakinlərini, saat 13:30-dan 16:30-a qədər isə Qazyan Mədəniyyət evində Qazyan, Boyat, Yuxarı Şilyan və Bağban kənd sakinlərindən olan seçiciləri qəbul etmişdir. Yumşaldılmış karantin dövrünün tələblərinə uyğun formada keçirilən qəbullar, seçiciləri narahat edən problemlərin aradan qaldırılması baxımından faydalı və məhsuldar olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, yol infrastrukturu, işıq dirəklərindəki narahatlıq, məşğulluq və işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdən olmuşdur. Vətəndaşlar, o cümlədən Qarabağ Müharibəsi veteranları, Şəhid və Qazi ailəri tərəfindən qaldırılan problemlərin bir qismi yerində öz həllini tapmış, digər qisminin isə müəyyən zaman çərçivəsində həll olunacağı tərəfimizdən bildirilmişdir. 
Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda, qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilmiş, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlamaq nəzərdə tutulmuşdur.







RƏYLƏR