Deputatın rəhbərlik etdiyi təşkilatda ƏMƏLİYYAT

OXUNUB: 741 GÜNDƏM HADİSƏ
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bərdə Rayon Bölməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırmalara başlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hazırda idarə əməkdaşları tərəfindən cəmiyyətdə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən ""Report"un sorğusuna cavab olaraq bildirilib ki, ictimaiyyətə daha sonra bununla bağlı ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) prezidenti Milli Məclisin deputatı Novruzəli Aslanovdur.

RƏYLƏR