Dərslər mayın 25-i bitəcək?-Nazirlik məsələyə AYDINLIQ GƏTİRDİ

OXUNUB: 821 SOSİAL
Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı geniş müzakirələr gedir.

İcmal.Az cebhe.info-ya istinadən xəbər yayılıb ki, yaxın günlərdə dərslərin sentyabrın 1-də başlayıb, mayın 25-də yekunlaşması ilə bağlı qərar veriləcək.
 

Məlumata görə qərar yeni nazirin təşəbbüsü ilə reallaşacaq.

Məsələni Təhsil Nazirliyi ilə aydınlaşdırdıq. Nazirlikdən bildirilib ki, ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır. Dərslər əvvəlki qayda ilə sentyabrın 15-i başlayıb, iyunun 14-də bitəcək.

Qurumdan həmçinin o da bildirilib ki, Prezidentin "Azərbaycan Respublikasında "Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.
 
İcmal.Az

RƏYLƏR