"Doğ ey Günəş"....

OXUNUB: 3177 MƏDƏNİYYƏT
Təqaüdçü Rauf Qasım oğlu Hacıyevin "Doğ ey Günəş" adlı şeirini təqdim edirik:


(27.01.2023)


Şərqdən doğan nurlu Günəş
Səpələnsin nurun Sənin
Qarabağdan Zəngəzura,
Naxçıvandan İrəvana.
İşıqlansın Qapıcığım,
Gəmiqaya, Haçadağım,
Zəngəzurum, Ağrıdağım
Şəfəq salsın bu birliyə.
Parıldasın axan çaylar-
Araz, Arpa, Bazar çaylar
Qovuşaraq bir axsınlar
Bakıda Xəzər olsunlar.
Nur yayılsın Xəzər gölə
Göyçə, Qazan, Qaragölə
Arzulara bir işıq saç
Bütöv olsun Azərbaycan!
Qoy ucalsın İlham səsi!
Eşidilsin Cəngi səsi
Ordumuzun qürur səsi
İnsanların sevinc səsi.

RƏYLƏR