4 saylı Bakı DOST mərkəzində sistem dayanıb.
Bu barədə mərkəzdə olan saytımızın əməkdaşı məlumat verib.
O bildirib ki, artıq bir neçə saatdır vətəndaşlar mərkəzə buraxılmır:
"DOST mərkəzinin əməkdaşları isə sistemin proflaktik tədbir görüldüyü üçün nazirlikdən dayandırıldığın deyir. Lakin proflaktik tədbirlə əlaqəli öncədən məlumat verilməyib".
Vətəndaşlar içəri buraxılmadığına görə DOST-un əməkdaşları və mühafizə xidməti arasında ciddi gərginlik yaşanır.
Qeyd edək ki, vətəndaşlarla mərkəzin işçiləri arasında yaranan gərginlikdən sonra əraziyə polis gəlib.