Yeni il gecəsi Dubayda ən böyük lazer şousu üzrə rekord müəyyən edilib.
"Light Up 2018" adlı lazer şousu ilk dəfə olaraq ənənəvi atəşfəşanlığı əvəz edib. O, dünyanın ən yüksək tikilisində – Bürc xəlifə qülləsində baş tutub.
"Light Up 2018" "bir binada ekranlaşdırılan ən böyük lazer və səs şousu" kimi "Ginnesin Rekordlar Kitabı"na daxil ediləcək.
Bundan əvvəlki rekord 2013-cü ildə Honkonqda qeydə alınıb. Həmin vaxt lazer şousu 46 min kv.m-dən çox sahəni əhatə etmişdi. Dubay şousunu sahəsi isə iki dəfə çox — 109 kv.m təşkil edib./report
İcmal.Az