"Kəlbəcər şəhəri, yolun sağında da, solunda da bir dənə də salamat bina yoxdur. Baxmayaraq ki, ermənilərin bir hissəsi Kəlbəcərdə qanunsuz məskunlaşmışdılar, ancaq azərbaycanlılara məxsus evləri yerlə-yeksan etmişlər. İndiki Kəlbəcər şəhəri bax budur”.
Bu sözləri Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı deyib.
"Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq. Baxın, bütün evlər dağılmış vəziyyətdədir”, - deyə dövlət başçısı bildirib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.