"Ebru kişi olduğumu görəndə şok oldu" - Sərdar Ortaç

OXUNUB: 716 ŞOU-BİZNES
Müğənni Sərdar Ortaç uzun illərdir dostluq etdiyi həmkarı Ebru Gündeşlə tanışlığından danışıb.

İfaçı Ebrunun ilk dəfə onun səsini eşidəndə qadın olduğunu zənn etdiyini bildirib:

"Heç vaxt yadımdan çıxmaz. 1993-cü il idi. Radiolardan birində rəhmətlik Kayahandan müsahibə alırdım. Ebru da bizə qulaq asırmış və deyib ki, gedib bu qadını görməliyəm, səsi xoşuma gəldi. Gündeş durub gəlib radioya. İçəri girib mənim kişi olduğumu görəndə şok oldu. Üzündəki ifadə hələ də gözümün qarşısındadır”./Axşam.az
 
 
İcmal.Az

RƏYLƏR