Ece Seçkin Afaq Aslanı oğurluğa görə məhkəməyə verir

OXUNUB: 735 ŞOU-BİZNES

Türkiyəli müğənnni Ece Seçkin ifaçı Afaq Aslanı məhkəməyə verməyə hazırlaşır.

 Buna səbəb Afaq Aslanın onun ifasında səslənən "Follow Me” mahnısını icazəsiz olaraq sözlərini dəyişdirib oxumasıdır.

Müğənni bu barədə sosial media hesabında məlumat verib:

"Etdiyiniz bu hərəkət insan əməyinə hörmətsizlikdir. Mahnının sahibindən icazə almadan, bir də başqasının mahnısı kimi yayımlayıb, klip çəkdirmisiniz”.

O, daha sonra mahnının bəstəsinin sahibi Kemal Şimşekyaya "Sən məhkməyə verirsən, yoxsa mən hərəkətə keçim?”, - sözlərini yazıb.

Qeyd edək ki, sözügedən mahnı – "Sənlə mən” izləyicilərə təqdim edilərkən sözlərinin gənc yazar Kamala, musiqisi və aranjimanının isə Fərid Ağaya məxsus olduğu bildirilib./oxu

İcmal.Az

RƏYLƏR