Əfqanıstanda xidmət edən gürcü hərbçilər hücuma məruz qaldı – 1 ölü, 3 yaralı

OXUNUB: 633 DÜNYA

Əfqanıstanda gürcü hərbçilərin patruluna hücum zamanı bir hərbçi ölüb, 3-ü yaralanıb.

 Hadisə Baqram hərbi bazasına aid ərazidə baş verib.

Hadisə nəticəsində Gürcüstan Silahlı Qüvvələrinin 2-ci piyada briqadasının piyada taborunun kiçik çavuşu, 23 yaşlı Mdinari Bebiaşvili ölüb. Bundan əvvəl o, iki dəfə Əfqanıstanda beynəlxalq sülhməramlı missiyada iştirak edib.

Hücum zamanı həmçinin 3 hərbçi yaralanıb. Onlardan biri, kapitan Mixail Qvirjişvilinin vəziyyəti ağırdır. Qalan iki hərbçinin vəziyyəti qənaətbəxşdir. Hazırda onlar Baqram aviabazasındakı hərbi hospitaldadır./oxu

 

İcmal.Az

RƏYLƏR