Əkrəm Əylislinin "Daş yuxular” romanı oxucuların ixtiyarına verildikdən dərhal sonra cəmiyyətdə başlanan qızğın müzakirələr getdikcə dərinləşir, şaxələnir və ölkə hüdudlarını aşaraq daha ciddi müstəviyə keçir. Uzun illər Azərbaycanla yalnız hərbi deyil, çox kəskin, yalan, böhtan, təhqır və digər bu kimi vasitələrlə informasiya müharibəsi aparan Ermənistan tərəfi üçün bu əsərin nə qədər "gözlənilməz (?) hədiyyə” olduğu ayrıca mövzudur. Geniş ictimaiyyət arasında əsər ilk günlər mənfi kəskin rəylər doğursa da, indi bu mənzərə zəif də olsa dəyişməyə başlayır. Bu, bir tərəfdən yazıçının özünün əsərlə uzlaşmayan şərhləri ilə insanların fikrini məqsədyönlü şəkildə azdırması, digər tərəfdən kitabın məzmunundan asılı olmayaraq "söz azadlığı” prinsipinə üstünlük verən oxucular zümrəsinin fəallaşması ilə izah olunur. Son vaxtlar Əkrəm Əylislinin istər əsəri istərdə də şəxsiyyəti artıq "yazıçı-oxucu” münasibətlərini arxada qoyaraq daha çox ictimai-siyasi hadisəyə çevrilir və cəmiyyətdə yeni, indiyədək sual doğurmayan mülahizələrin yer alması ilə səciyyələnir.
Ana səhifə
/
AZƏRBAYCAN / SOSİAL / SİYASƏT / Əkrəm Əylisli “Daş yuxular”da nəyi dəyişib ? - Allahverdi Şəfiyev - VİDEO

Əkrəm Əylisli “Daş yuxular”da nəyi dəyişib ? - Allahverdi Şəfiyev - VİDEO
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
Komitə sədri: “Ölkəmizdə din pərdəsi altında gizlənərək, öz maraqlarını həyata keçirməyə çalışan qruplar olub”
10.12.2019, 12:09 / GÜNDƏM, AZƏRBAYCAN, SOSİAL, SİYASƏT -
Mitinqlə əlaqədar metronun "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti müvəqqəti dayandırılır - RƏSMİ
19.10.2019, 12:53 / index-manşet, AZƏRBAYCAN, SOSİAL, SİYASƏT -
Əkrəm Əylisli “Daş yuxular”da nəyi dəyişib ? - Allahverdi Şəfiyev - VİDEO
17.09.2019, 15:00 / AZƏRBAYCAN, SOSİAL, SİYASƏT -
ARB24-də yaşanan RƏZALƏT - 60 gəncin işdən çıxarılmasına nə səbəb olub…
02.01.2019, 17:42 / AZƏRBAYCAN, SOSİAL, SİYASƏT