Əkrəm Əylisli “Daş yuxular”da nəyi dəyişib ? - Allahverdi Şəfiyev - VİDEO

OXUNUB: 769 AZƏRBAYCAN SOSİAL SİYASƏT
Əkrəm  Əylislinin "Daş yuxular”  romanı  oxucuların ixtiyarına verildikdən dərhal sonra cəmiyyətdə başlanan  qızğın  müzakirələr getdikcə dərinləşir, şaxələnir və ölkə hüdudlarını aşaraq  daha  ciddi müstəviyə keçir. Uzun illər Azərbaycanla yalnız hərbi deyil, çox kəskin, yalan, böhtan, təhqır və digər bu kimi vasitələrlə informasiya müharibəsi aparan Ermənistan tərəfi üçün bu əsərin nə qədər "gözlənilməz (?)  hədiyyə” olduğu ayrıca mövzudur. Geniş ictimaiyyət arasında əsər  ilk günlər mənfi kəskin rəylər  doğursa da, indi bu mənzərə zəif də olsa dəyişməyə başlayır. Bu, bir tərəfdən  yazıçının özünün əsərlə uzlaşmayan şərhləri ilə insanların fikrini məqsədyönlü şəkildə azdırması, digər tərəfdən kitabın məzmunundan asılı olmayaraq  "söz azadlığı” prinsipinə üstünlük verən oxucular zümrəsinin fəallaşması ilə izah olunur. Son vaxtlar Əkrəm Əylislinin istər əsəri istərdə də şəxsiyyəti  artıq "yazıçı-oxucu” münasibətlərini arxada qoyaraq daha çox ictimai-siyasi  hadisəyə çevrilir və cəmiyyətdə yeni, indiyədək sual doğurmayan mülahizələrin yer alması ilə səciyyələnir. 

RƏYLƏR