Elektrik kimi gəldiyi evi soydu

OXUNUB: 616 HADİSƏ

Səbail rayonu Xəqani küçəsində yerləşən mənzillərdən birindən oğurluq edilib. 

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, bu barədə zərərçəkən qadın Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə məlumat verib. 

O bildirib ki, evə elektrik adı ilə daxil olan bir nəfər onun başının qarışmasından istifadə edərək mənzildən 4000 manat oğurlayaraq hadisə yerindən qaçıb.

Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini Rasim Məmmədov saxlanılıb. Onun üzərində şəxsi axtarış keçirilən zaman evdən oğurladığı pulların bir qismi aşkar olunaraq götürülüb. O, ifadəsində evdən oğurluq etdiyini etiraf edib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR