Əlil qadın: "Rəqs kraliçasıyam" - VİDEO - FOTO

OXUNUB: 901 MARAQLI

"Həkimlər diaqnozu açıqlayanda və deyəndə ki, artıq rəqs edə bilməyəcəyəm - dünyam çökdü. Lakin bir qədər sonra özümə gəldim. Özümə dedim ki, hər şeyə rəğmən rəqs edəcəyəm".

ABŞ-ın Merilend şəhərindəki Baltimor şəhərində yaşayan Jaklin Boks burlesk rəqqasəsidir.

O, nadir və ağır xəstəlik olan Elers-Danlos sindromuna mübtəladır. Bu sindromun daşıyıcılarında oynaqlar funksiyasını itirir, tərpənməz olur.

Həkimlərin diaqnozundan sonra Jaklin əlil arabasında da olsa, rəqsi davam etdirməyə qərar vermişdi.

Jaklin kollecdə oxuyanda günlərin birində yolu keçəndə onu maşın vurmuşdu. Diz qapaqlarında əməliyyatdan sonra onun orqanizmində disfunksiya başlanmışdı.

 

Lakin Jaklin mərəzinə qalib gəldi. Xəstəlik onu həyatını evdə, dörd divar arasında keçirən insana çevirə bilmədi.

"Mən indi rəqs fanatıyam, rəqs kraliçasıyam. Həyat mübarizədir", - Jaklin deyib./milli

Milli.Az


 

 

Əlil qadın:
Əlil qadın:
Əlil qadın:

RƏYLƏR