Elşad Xose nə vaxt sərbəst buraxılacaq? - Polisdən AÇIQLAMA

OXUNUB: 716 ŞOU-BİZNES

Dünən keçmiş həyat yoldaşı Oksana Rəsulovanın şikayəti əsasında Elşad Əliyev (Xose) hazırda Binəqədi rayon Polis İdarəsindədir. 

İcmal.Az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən qafqazinfo-ya Elşad Xosenin hazırda idarədə saxlandığı təsdiqlənib və bildirilib ki, reper gecəni orada keçirib. Bu gün izahatı alındıqdan sonra Xosenin sərbəst buraxılacağı gözlənilir.

Qeyd edək ki, Xosenin saxlanılmasına səbəb eks-xanımı Oksananın ondan şikayətçi olmasıdır.

Maraqlıdır ki, O. Rəsulova məlumatdan xəbərsiz olduğunu və belə bir hadisənin baş vermədiyini deyib. 

 

Reperlə əlaqə yaratmaq mümkün olmayıb, onun telefonuna zəng çatmayıb. 

İcmal.Az

RƏYLƏR