Xəbər verdiyimiz kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri Vəli Quliyev Dövlət Əmək Müfəttişliyi Xidmətinə yeni rəis təyin olunub.
Vəli Quliyevin 1984-cü ildə Sumqayıtda anadan olduğu bildirilib. Dövlət İdarəçilik Akademiyasından məzun olub. 2007-ci ildə - 23 yaşı olan zaman "Parabank” ASC-nin İdarə heyətinin sədri olub.
2016-cı ildə "Parabank” ASC-nin lisenziyası ləğv edildikdən sonra bank "Para” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC olaraq fəaliyyətini davam etdirib. "Para” BOKT-ın da sədri Vəli Quliyev olub.
Məlumat üçün bildirək ki, "Parabank” ASC 1992-ci ildə Vəli Quliyevin atası Eldar Quliyev tərəfindən təsis olunub.
Hazırda "Para” BOKT-a Eldar Quliyevin digər oğlu Elnur Quliyev rəhbərlik edir.
"Para” BOKT-ın 2018-ci ildə açıqlanan maliyyə hesabatında göstərilir ki, səhinlərin 17%-i Eldar Quliyevə, 9,05%-i Elnur Quliyevə, 9,03%-i isə Vəli Qiuliyevə məxsusdur.
Maraqıdır ki, son 3 ilə "Para” BOKT-ın maliyyə hesabatı açıqlanmır. Təşkilatın rəsmi saytında da bu barədə heç bir məlumat yoxdur./Yeniavaz