Əməkdar artist xəstəxanaya yerləşdirildi

OXUNUB: 679 ŞOU-BİZNES

Əməkdar artist Kəmalə Müzəffərin xəstəxanaya yerləşdirilməsi haqqında məlumat yayılıb.

İcmal.az-ın məlumatına görə, Milli.Az xəbərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün aktrisanın özü ilə əlaqə saxlamağa çalışıb.

Əməkdar artist telefon zənginə cavab verməsə də, aktrisanın yaxınları yayılan məlumatı təsdiqləyiblər:

"Kəmalə xanım "Vicdan haqqı" serialından getdiyinə görə uzun zamandır ki, izləyicilərinin böhtanlarına, ağır ittihamlarına məruz qalırdı. Bütün bu təhqirlər və ittihamlar aylardır Kəmalə xanıma çox pis təsir edirdi. Elə bunun nəticəsidir ki, əsəb və stressdən bu səhər Kəmalə xanımın səhhəti ağırlaşdı və səhər saatlarında onu xəstəxanaya çatdırdıq.

Bəzi İnstaqram səhifələri isə Kəmalə xanımın pula görə serialdan getməsini əsas gətirərək  onu ittiham da edirdilər. Bilirik, tamaşaçılar Kəmalə xanımın serialdan getməsini istəmirdi, sadəcə olaraq belə alındı. Onu sevənlərdən Kəmalə xanıma qarşı sayğılı və anlayışlı olmaqlarını xahiş edirik".

 

İcmal.Az

RƏYLƏR