Emin Ağalarov filmə çəkilir

OXUNUB: 972 ŞOU-BİZNES
Sankt-Peterburqda "Gecə növbəsi” filminin çəkilişlərinə start verilib.


İcmal.Az-ın APA TV-yə istinadən məlumatına görə, ekran işi prodüser və rejissor Maryus Vaysberqin tanınmış "Böyük şəhərdə sevgi”, "8 ilk görüş”, "Hitler kaput!” trilogiyasının  davamı olaraq çəkilir.
 
Vesti.az kinometro.ru-ya istinadən xəbər verir ki, əsas qəhrəman Vladimir Yaqlıç zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.
 
Yaqlıçla bərabər filmdə Pavel Derevyanko, Kseniya Teplova və başqaları yer alacaq. Rollardan birində müğənni Emin Ağalarov da çəkiləcək. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür.
 
Komediya janrında olan filmin çəkilişləri Sankt-Peterburqda aparılacaq. Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.
 
İcmal.Az

RƏYLƏR