Ərdoğan: “O yerləri onlara məzar edəcəyik”

OXUNUB: 518 DÜNYA

"Suriyada terror təşkilatının qurmaq istədiyi dəhlizin çökdürülməsinin zamanı gəlib”.

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışında deyib.

Ərdoğan qeyd edib ki, Türkiyənin bütün sərhədlərində təhlükəsizliyi təmin edəcək proses başa çatdırılacaq.

Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Fransa səfərindən qayıdan zaman verdiyi açıqlamasında Suriyanın şimalında bir terror dəhlizinin yaradılmasına heç zaman icazə verməyəcəklərini bildirmişdi.

"Nə PKK, nə də YPG bir şey edə bilər. Gücləri çatırsa, terror dəhlizi məsələsində irəli getsinlər. Terror dəhlizi olaraq düşündükləri yeri onlara məzar edərik. Bunda qərarlıyıq və bunu hər kəs biləcək”, - Türkiyə prezidenti söyləmişdi./publika

İcmal.Az

RƏYLƏR