Bakıda qadın ərinin ona uşağın dayəsi ilə xəyanət etdiyinə görə özünü öldürmək istəyib.
Səhər saat 09 radələrində 1984-cü il təvəllüdlü K.Hüseynova yaşadığı evdə çoxlu dərman içərək özünü öldürmək istəyib. O, xəstəxanaya yerləşdirilib və həyatını xilas etmək mümkün olub.
K.Hüsyenova qeyd edib ki, əri, 1984-cü il təvəllüdlü Ş.Hüseynov ona evdə dayə işləyən 1992-ci il təvəllüdlü B.Mustafayeva ilə xəyanət edib. Buna dözməyərək özünü öldürmək istəyib./qafqazinfo
İcmal.Az