Ermənilər indi də Ağdamda evləri yandırır (VİDEO)

OXUNUB: 1031 HADİSƏ
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış üçtərəfli bəyanata əsasən ermənilər 20 noyabra qədər Ağdamı tərk etməlidir.

Qaynarinfo "TRT Haber”ə istinadən xəbər verir ki, düşmən 2 gün sonra tam boşaltmalı olduğu Ağdamda da ekoloji terror törətməyə başlayıb.

Erməni ordusu həm mənzil-qərargah kimi istifadə etdikləri yerləri, həm də mülki yaşayış məntəqələrini və meşələri yandırır.

Analoji hallar Kəlbəcərdə də baş verməkdədir.

RƏYLƏR