Ermənistan vətəndaşları sərhəddə ələ keçdi

OXUNUB: 763 DÜNYA

Ukraynadan Slovakiyaya qanunsuz keçmək istəyən Ermənistan vətəndaşları saxlanılıb.

 Karpatda sərhədçilər Ermənistan vətəndaşları olan iki kişi və qadını saxlayıblar. Onların bələdçinin köməyi ilə Ukrayna-Slovakiya sərhədini qanunsuz keçməyə cəhd göstərdikləri müəyyənləşib.

Bundan sonra hüquq-mühafizə orqanları yaxınlıqda olan Ujqorod şəhəri ərazisində Ermənistan vətəndaşlarına köməklik edən bələdçini saxlayıblar. Onun üzərindən külli miqdarda xarici valyuta, bank kartları və digər sənədlər aşkarlanıb.

Məlumatda bildirilib ki, Ermənistan vətəndaşlarının şəxsiyyətləri müəyyənləşdirildikdən sonra onlar inzibati məsuliyyətə cəlb olunacaqlar. /Azərtac

İcmal.Az

RƏYLƏR