Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan 15 yaşlı Nigarın sabah ad günü olacaqdı

OXUNUB: 1166 HADİSƏ

"15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədə paylaşımında yazıb.

 

O qeyd edib ki, düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub:

"Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”

RƏYLƏR