“Eurovision-2017”-nin qalibinə ürək köçürüldü - YENİLƏNİB

OXUNUB: 814 ŞOU-BİZNES
"Eurovision-2017” mahnı müsabiqəsinin qalibi portuqaliyalı Salvador Sobral üzərində donor ürəyin köçürülməsi əməliyyatı keçirilib.
 
İCMAL.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əməliyyat dekabrın 8-də keçirilib. Əməliyyatın uğurlu keçdiyi bildirilir.  
 
Salvador Sobral sentyabrın sonlarında reanimasiyaya yerləşdirilib. Müğənni ürəyindəki problemlərlə əlaqədar bütün konsertlərini ləğv etmişdi.   
 
S.Sobral "Amar Pelos Dois” mahnısı ilə Kiyevdə keçirilmiş "Eurovision-2017” mahnı müsabiqəsinin qalibi elan edilmişdi. 

RƏYLƏR