“Eurovision”da bir ilk: Canlı yayımda evlilik təklifi – VİDEO

OXUNUB: 1188 ŞOU-BİZNES

Ötən gün "Eurovision”un ikinci yarımfinal mərhələsində maraqlı anlar yaşanıb.

layihənin aparıcısı "Green Room”a yaxınlaşıb və Makedoniya təmsilçisi Jana Burceska ilə söhbət etməyə başlayıb.

Ölkənin nümayəndə heyəti arasında xanım müğənninin sevgilisi Aleksandr da olub. O, mikrofonu götürərək sevgilisinə evlilik təklifi edib. 

Aleksandr cibindən üzük çıxararaq sənətçiyə uzadıb. İfaçının cavabı isə müsbət olub, sevgilisinə "hə” deyib./qafqazinfo

İcmal.Az

 


RƏYLƏR