“Evimi qəsdlə yandırıblar” - Gəncədə cehiz dolu ev külə döndü - VİDEO - FOTO

OXUNUB: 546 HADİSƏ

Gəncə şəhərinin Məhsəti qəsəbəsində Etibar Əliyevə məxsus ümumi sahəsi 120 m² olan evdə yanğın baş verib.

İcmal.Az ARB TV-yə istinadən xəbər verir ki, arxa otaqda başlayan yanğın qısa zamanda bütün evi bürüyüb.

Alovu ram etmək üçün əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, evin bir otağı 20 m²-lik sahədə əşyaları ilə birlikdə yanıb. Fərdi yaşayış evinin çardaq hissəsi də yararsız hala düşüb.

Yanğınsöndürənlər yalnız alovun ətraf ərazilərə yayılmasının qarşısını ala biliblər. Zərərçəkənlərin sözlərinə görə, evi günorta saat 12 radələrində tərk ediblər. Mənzildən çıxarkən elektrik və qaz cihazlarını söndürüblər. Ev sahibi yanğının qəsdlə törədildiyini iddia edir.

Kəmalə Əliyeva (ev sahibi): "Burada yaşayış yoxdur. Ona görə də işığı niyə yandırım ki. Burada işıq məsələsi deyil. Mənim evimi qəsdlə yandırıblar. Özü də qızımın cehizi bəzənən otağı yandırıblar. Bu araşdırılmalıdır. Bu işin axırı belə getməyəcək".

İcmal.Az

“Evimi qəsdlə yandırıblar” - Gəncədə cehiz dolu ev külə döndü - VİDEO - FOTO

RƏYLƏR