Evliliklərindən 2 il sonra yenə gəlinlik geyindi - fotolar

OXUNUB: 674 ŞOU-BİZNES
Aktrisa Ceyda Düvenci ilə aktyor Bülent Şakrak sosial media hesablarında maraqlı fotolarını yerləşdiriblər. 
Cütlük qızları melisanın istəyi ilə yenidən gəlinlik və kostyum geyinərək şəkil çəkdiriblər.

Ceyda fotoları İnstaqramda bu qeydlə paylaşıb:

"Melisa evdə bizi belə qarşıladı. "Hə, ana, siz də geyinin" dedi. "Yox" deyə bilərəmmi? İkimizdə güclə də olsa, tez geyindik paltarlarımızı. Başladıq şəkil çəkməyə. Sonra da tortumuzun şamlarını üfürdük. "Neçə belə gözəl illərlə bərabər çıxaq" dedik. Allah sağlam həyat nəsib etsin bizə. Paylaşmaq istədim. Hamıya xoşbəxt ömür arzulayıram".

Qeyd edək ki, cütlük 2015-ci ildə nikah masasına oturub. Melisa Düvencinin ilk nikahından olan qızıdır. O, serebral iflic xəstəliyindən əziyyət çəkir. Ceydanın bu yaxınlarda Bülentdən bir oğlu dünyya gəlib./axşam
 
 
 
 
 
 
İcmal.Az

RƏYLƏR