Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda

OXUNUB: 1057 HADİSƏ SOSİAL
Sosial şəbəkələr vasitəsi ilə gəncləri tora salanlar yenidən məhkəmə qarşısına çıxarılacaq.

6 nəfərdən ibarət dəstə üzvləri 1-ci instansiya məhkəməsinin hökmündən narazı qaldıqlarına görə, apellyasiya şikayəti veriblər. Həmçinin dövlət ittihamçısı dəstə üzvü olan yetkinlik yaşına çatmayan A.Musayeva ilə bağlı cəzadan narazı qaldığına görə, apellyasiya protesti verib. 

Xatırladaq ki, vətəndaşların müraciətlərindən sonra 2016-cı ilin may ayında Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəində cinayət məcəlləsinin 180.3.1, 181.3.1 və 182.3.1-ci maddələri ilə cinayət işi başlanıb. İstintaq-əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri - Salyan rayon sakini, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Rakif Xəlilov, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü İsmayıl Beydullayev, Yevlax rayon sakini, 1986-cı il təvəllüdlü Rahim Rəhimov, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elnur Balakişiyev, Naxçıvan MR sakini, 1989-cu il təvəllüdlü Asiman Məmmədov və yetkinlik yaşına çatmayan, yəni 2000-ci il təvəllüdlü, Salyan rayon sakini Arifə Musayeva tutulub.

İttihama görə, onlar əvvəlcədən dəstəyə üzv etdikləri qızlar vasitəsilə "Facebook” və "Odnoklassnik” sosial şəbəkələrində intim xidmət göstərmələri barədə elan veriblər. Həmin qızlar zəng vuraraq tora düşən gəncləri müəyyən olunmuş kafeyə dəvət ediblər.

Müştərilər masada əyləşən kimi iki qız onun stoluna yaxınlaşıb, barmen isə sifariş gözləmədən stola içkilər düzüb. Hətta bahalı içki adı ilə təqdim edilənlər də adi meyvə suyu olub.

Sonradan isə qızlar intim xidmət üçün təklif etdikləri pulu müştəridən alaraq otağın təmiz olub-olmadığını yoxlamaq istədiklərini deyərək masadan uzaqlaşıblar. Bu zaman barmen sürpriz hesabı müştəriyə təqdim edib. Yüksək məbləği görən gənclər içmədikləri içkiyə görə pul ödəməkdən imtina etdikdə, qoluzorlu adamlar onları başqa bir qaranlıq otağa salıb, döyərək ciblərindəki pulu alıblar. Bu iş üzrə çoxlu zərərçəkən olsa da, hadisələr bir- birinə oxşar olub.
Digər təqsirləndirilən və 2017-ci il yanvar ayından axtarışda olan Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Gültəkin Əsgərova, "Gülü”, "Leyla” adlı qızlar və şəxsiyyəti naməlum olan oğlanlar barəsində cinayət işi ayrıca icraata götürüb.
 Ötən ilin noyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsində saxlanılan şəxslərə hökm oxunub. Hökmə əsasən, İsmayıl Meybullayev, Rəhim Rəhimov, Asiman Məmmədovun hər biri 10 il 6 ay, Elnur Balakişiyev 10 il 3 ay, Rakif Xəlilov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Yetkinlik yaşına çatmayan Arifə Musayevaya isə şərti cəza təyin olunub, o, məhkəmə zxalından azdlığa buraxılıb.

Zamində olan E. Balakişiyev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilənlərdən Arifə Musayeva istintaq dövründə ev dustaqlığında olub. Lakin məhkəmə iclasına gəlmədiyi üçün məhkəmə baxışı başlayanda barəsində həbs qətimkan tədbiri seçilib. Yetkinlik yaşına çatmayan A. Musayeva məhkəmə zalında həbs edilib./ölkə


Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda
Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda
Facebookda tanış olduqları kişilərin başına belə oyun açdılar: İntim xidmət adı ilə...- Azərbaycanda

RƏYLƏR