Fərda Xudaverdiyev səhnəyə sərxoş çıxdı? - Yumoristdən jurnalistin sualına SÖYÜŞLÜ CAVAB - AUDİO

OXUNUB: 1297 ŞOU-BİZNES

Yumorist Fərda Xudaverdiyevin "Selfinaz 2” konserti dünən Nizami Kino Mərkəzində qeyd edilib.

İcmal.Az xəbər verir ki, yumoristin budəfəki konserti qalmaqalla yadda qalıb.

Belə ki, Xudaverdiyev ötən konsertində ona ünvanlanan təndiqlərdən sonra bu dəfə konsertini jurnalistlərin üzünə qapayıb. Bəzi məlumatlara görə, yumorist səhnəyə və jurnalistlərin qarşısına sərxoş çıxıb. O, jurnalistin "Selfinaz 2" +18 sayılırmı?" sualına cavab verərkən söyüş söyməkdən də çəkinməyib.

Yumoristin budəfəki konsertinə tanınmış simaların qatılmaması, həmçinin konsert zalında tamaşaçı azlığı diqqətdən qaçmayıb.//Cebhe.info 

RƏYLƏR