FES virtual valyuta istehsal edə bilər

OXUNUB: 589 İQTİSADİYYAT

ABŞ Mərkəzi Bankının (FES) Nyu-York şöbəsinin rəhbəri Ulyam Dudley bankın virtual valyuta dövriyyəyə buraxmaq istiqamətində düşünməyə başladığını bildirib.

İcmal.Az xəbər verir ki, Dudley dəyəri 10 000 dolları ötən bitkoinin etibarlı investisiya aləti olmadığını qeyd edib.

O bildirib ki,  bitkoin mövzusunda təmkinlidir: "Fikrimcə, bitkoinin dəyəri ilə baş verənlər spekulyativdir”.

Dudleyin sözlərinə görə, bitkoin dollara rəqib ola bilməz: "Lakin virtual valyuta texnologiyası diqqətimizdədir. FES-in virtual valyuta buraxması haqqında danışmaq hələ tezdir. Lakin bu yöndə düşünməyə başlamışıq”.

İcmal.Az

RƏYLƏR