FETÖ qızlardan necə istifadə edib? - YENİ FAKTLAR

OXUNUB: 615 DÜNYA

Türkiyədə FETÖPDY şəbəkəsinin cinayətlərilə bağlı məhkəmə araşdırmaları davam edir.

İttihamnamədə yer alan məlumata görə, FETÖ-nün R.B. adlı qadın üzvü ifadəsində "xocalarımız bizi özlərinin tanıdıqları oğlanlarla evləndirmək istəyiblər", deyə bildirib.

R.B 2010-cu ildə Korkutata Universitetinin Ədəbiyyat Fakültəsində təhsil alıb. O, tələbəlik illərində FETÖ-nün "işıq evləri"ndə qalıb. Axtarışda olan A.K. adlı şəxs R.B-nın müəllimi olub. A.K qız tələbələrə "həyata dair planlarınız varmı? Ailə qurmaq istəyirsinizmi? Əgər evlənmək istəsəniz bizə yaxın olan subay hərbçilər, hakimlər, prokurorlar, müəllimlər var, onlarla ailə qurmağınıza yardım edə bilərəm" deyib.

Qeyd olunur ki, A.K adlı şəxsdə subay oğlan və qızların kataloqu olub. Kataloqda qızların şəkilləri və tərcümeyi-halları yer alıb. /Teleqraf.com

İcmal.Az

RƏYLƏR