Fövqəladə Hallar Nazirliyi yoxa çıxan alpinistlərlə bağlı axtarışlara başlayıb.
İcmal.Az xəbər verir ki, açıqlamaya görə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib.
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlamışdır.
Axtarış işləri barədə əlavə məlumat veriləcək.
İcmal.Az