Fırtınaya düşən səyahət gəmisinin görüntüləri yayıldı - VİDEO

OXUNUB: 652 DÜNYA

"Norwegian Breakaway" səyahət laynerinin sərnişinlərindən biri güclü siklondan keçən gəminin göyərtəsindən lentə aldığı unikal görüntüləri internetə yerləşdirib.

"RedCurtainEnt" adlı istifadəçi dekabrın 27-də Yeni il məzuniyyətini Nyu-Yorkdan Bahama adalarına səyahət edən nəhəng laynerin dörd min sərnişinindən biri olub.

Gəmi geri dönərkən qar çovğunu başlayıb, gəmi fırtınaya düşüb. "Mashable" yazır ki, fırtınadan yan keçmək mümkün olsa da, gəminin kapitanı israrlı şəkildə təyin olunmuş kursu dəyişməyib. Bloqer ən "nəfəskəsici" anların görüntülərini montaj edərək, maraqlı videoçarx hazırlayıb. Həmin kadrlarda şiddətli küləklə müşayiət olunan okean fırtınanın təsiri altında gəminin atılıb-düşdüyünü, laynerin dəhlizlərinin  dalğaların gətirdiyi su ilə dolduğunu, sərnişinlərin ayaq üstə qalmaq üçün dəridən-qabıqdan çıxdığını görmək olur. Bloqerin dediyinə görə, bu cür vəziyyət üç günə yaxın davam edib.

"Breakaway" hər hansı ciddi insidentlə üzləşmədən yanvarın 5-də Nyu-Yorka qayıdıb./oxu

 

İcmal.Az

Пассажир попавшего в шторм круизного лайнера выложил видео удара стихии

RƏYLƏR