1993-cü ilin avqustunda Füzuli rayonu işgal olunanda, rayonun hazırkı İcra Hakimiyyətinin başçısı Alı Alıyev Aqrar Sənaye Kombinantının direktoru vəzifəsində çalışıb.Daha sonra Füzuli rayon Suvarma Sistemləri İdarəsinin müdiri olmuş Alı Alıyev 2011-ci ilin fevral ayından rayonun İcra Hakimiyyətinə başçı təyin edilib.Məlumatlara görə rayonun Suvarma Sistemləri İdarəsinə rəhbərlik etdiyi qısa bir dönəmdə Alı Alıyev zonanın ən imkanlı şəxslərindən birinə çevrilib və İcra Hakimiyyətinə başçı keçməsində əldə etdiklərinin böyük rolu olub.Yuxarıda qeyd etdiyimiz kimi, rayon ərazisinin böyük hissəsinin işğal altında olması,sakinlərinin böyük əksəriyyətinin respublikanın bir çox bölgələrinə səpələnməsi,bir rəhbər kimi Alı Alıyevin məsuliyyətini ikiqat artırmalıdır.Lakin Alı Alıyev nə kimi işlərlə məşğuldur?
Aktualinfo.org-un apardığı araşdırmalara görə rayon İcra Hakimiyyətinin Füzuli rayonu,Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun təmiri işləri üzrə elan etdiyi 199326.89 manat dəyərində dövlət satınalmasının qalibi 21.05.2020-ci il tarixdə”ÇİNAR-N” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "ÇİNAR-N” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hümbətov Məmməd Hüseyn Məmməd Hüseyn oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 131 olduğu göstərilir.
Elə həmin tarixdə Füzuli rayonu, Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri işləri üzrə 199221.82 dövlət satınalmasının qalibi "XƏMSƏ-M.X” Məhdud Məsuliyyətli Cəmiyyəti olub
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "XƏMSƏ-M.X” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 13.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 131 olduğu göstərilir.
Rayon İcra Hakimiyyətinin sair xərclər üzrə 140143 manat dəyərində dövlət satınalmasının qalibi "AĞÇALA-LM” Məhdud Məsuliyyətli Cəmiyyəti olub
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "AĞÇALA-LM” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Bayramov Emin Elşad oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 olduğu göstərilir.
Fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54850 manat dəəyərində satınalınmasının qalibi "ŞANS-77” Məhdud Məsuliyyətli Cəmiyyəti olub
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "ŞANS-77” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.12.2019-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Həşimli Nicat Miryəhya oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, BÖYÜK ŞOR (DAŞ KARXANA), ev 190 olduğu göstərilir.
Füzuli rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Füzuli rayonu Horadiz şəhərində abadlıq işlərinin görülməsi üzrə 19.05.2020-ci il tarixdə keçirilmiş tenderin qalibi isə "İLKİN-N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 288032.52 manat dəyərində müqavilə bağlanıb. Burada”İLKİN-N” MMC barədə əlavə nə isə yazmağa ehtiyac duymuruq.Səlyan rayonundan olan və zonada Hacı Qurban kimi tanınan iş adamı Qurban Abbasova məxsus bu MMC son illər bölgədə çirkli pulların yuyulmasında əsas rol oynayan şirkətlərdən biri kimi ad çıxarıb.Daha çox Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişlərini həyata keçirən Hacı Qurbanla çox güman ki,Alı Alıyevin hələ Füzuli rayon Suvarma Sistemləri İdarəsinin müdiri olduğu dövrlərdən işbirlikləri olub.Qeyd edək ki,”İLKİN-N” MMC- Neftçala rayon İcra Hakimiyyətinin həbs olunmuş İcra başçısı İsmayıl Vəliyevlə də işbirliyi, rayon ərazisində keçirilmiş dövlət satınalmalarından sabiq başçıya "otkat” verməsi barədə də məlumatlar var.
Həmin tarixdə Füzuli Rayon Kommunal Müəssisələr Kombinatına 191000.51 manat dəyərində müxtəlif adda mal-materialın satın alınması qalibi "QƏDIMYURD” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "QƏDIMYURD” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 27.02.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Sadıqov Natıq Yavər oğlu,hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 göstərilmişdir
04.12.2019-cu il tarixdə Füzuli rayonunun Horadiz şəhərində bayraq meydanında təmir işlərinin 196000 manat dəyərində satın alınmasının qalibi "CAUCASUS TRADE” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə "CAUCASUS TRADE” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 02.10.2019-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Kərimov Həsrət Həmzə oğlu hüquqi ünvanı isə BAKI ŞƏHƏRİ QARADAĞ RAYONU, ƏLƏT ŞTQ, KEÇİD 1596 (LÖKBATAN QƏS.), ev 2, m. 30 göstərilmişdir.
Burada diqqət çəkən məqam nədir? Füzuli rayon İcra Hakimiyyətinin qalib elan etdiyi MMC-lərin bir ünvanda,BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ALATAVA 1, ev 95 və 131-də yerləşmələridir. Təbii ki,bu bir təsadüf deyil.Yasamal rayonu, ALATAVA 1 ünvanını rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə bağlayan bir tel mütləq vardır. Digər tərəfdən,tenderlərin qalibi olmuş,”ÇİNAR-N”,”XƏMSƏ-M.X”,”AĞÇALA-LM”,”QƏDIMYURD” MMC-lərin hamısının 2020-ci ilin fevral ayında dövlət qeydiyyatına alınmaları da,burada heç nəyin təsadüfən olmadığını göstərir. Yəni hər şey tender prosedurları keçirilənə qədər planlaşdırılıb.
Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının 30.03.2020öci il tarixdə www.tender.gov.az saytında açıq tender üsulunu tətbiq etməklə elektron satınalmanın keçirilməsi üçün verilmiş elanı üzrə ixtisas göstəricilərinə dair sənədlərin, tender təklifi və bank təminatınının təqdim olunma tarixləri, həmçinin təkliflərin açılma tarixi aşağıdakı müddətədək uzadılır: İxtisas göstəricilərinə dair sənədlərin təqdim olunması 07 aprel 2020-ci il 12:00 tarixinədək, tender təklifi və bank təminatının təqdim olunması 15 aprel 2020-ci il 12:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin portal vasitəsi ilə açılışı isə 16 aprel 2020-ci il 12:00 tarixinədək uzadılması barədə bildiriş elaanı yerləşdirilmişdir.
30.03.2020-ci il tarixdə elan olunmuş başqa bir bildirişdə isə Füzuli Rayon İcra Hakimiyyəti Füzuli rayonu, Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmirinin satınalınması məqsədilə 20 fevral 2020-ci il tarixində "Respublika” qəzetində və www.tender.gov.az saytında açıq tender üsulunu tətbiq etməklə elektron satınalmanın keçirilməsi üçün verilmiş elanı üzrə ixtisas göstəricilərinə dair sənədlərin, tender təklifi və bank təminatınının təqdim olunma tarixləri, həmçinin təkliflərin açılma tarixi aşağıdakı müddətədək uzadılır: İxtisas göstəricilərinə dair sənədlərin təqdim olunması 07 aprel 2020-ci il 12:00 tarixinədək, tender təklifi və bank təminatının təqdim olunması 15 aprel 2020-ci il 12:00 tarixinədək, tender üzrə təqdim olunmuş zərflərin portal vasitəsi ilə açılışı isə 16 aprel 2020-ci il 12:00 tarixinədək uzadılması qeyd edilib.
20 fevral 2020-ci il tarixində elan olunmuş tenderlərin vaxtının uzadılmasında məqsəd yeni yaradılmış MMC-lərin qalib elan olunmasına vaxt qazandırmaq olub.Digər tərəfdən isə Alı Alıyevin rəhbəri olduğu İcra Hakimiyyətinin Tender Komissiyası bildirişdə göstərdikləri kimi MMC lərin həm ixtisas göstəricilərinə dair sənədlərinnin,həm də bank təminatına dair sənədlərinin doğruluğunu şübhə altına almış olub.Araşdırmamız davam edir. Bizi izləyin.