Fransada 50 il əvvəl qəzaya uğramış təyyarə və sərnişinlərinin qalıqları tapılıb

OXUNUB: 701 DÜNYA

Monblan dağ massivinin Fransa ərazisinə düşən hissəsində qəzaya uğramış təyyarə və onun sərnişinlərinin qalıqları tapılıb.

Tapıntının təqribən 50 il əvvəl baş vermiş aviaqəza ilə əlaqəli olduğu ehtimal edilir.

Fraqmentləri tapan tədqiqatçıların fikrincə, qalıqlar 1966-cı ildə Monblanda qəzaya uğramış "Air India" aviaşirkətinə məxsus "Boeing 707" təyyarəsinə aiddir.

Qəza nəticəsində təyyarənin göyərtəsində olan 177 nəfərin hamısı ölüb./report

 

İcmal.Az

RƏYLƏR