"Galendewagen" sürücüsü "avtoşluq" edib piyadanı belə vurdu - VİDEO

OXUNUB: 453 GÜNDƏM HADİSƏ
Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi kameraya düşüb.

"MediaPost" xəbər verir ki, hadisə bir müddət əvvəl Mərdəkan şossesində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəli manevrlər edir. Bu zaman yolu müəyyən olunmamış yerindən keçən piyadanı görmür. Nəticədə piyadanı vurur. Zərbənin gücündən piyada bir neçə metr kənara düşür. 

Hadisədə həm yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü, həm də magistral yolu təhlükəli şəkildə keçən piyada günahkardır.

Hər iki halda məsuliyyətsizlik ağır nəticəyə gətirib çıxarır.

Ümid edirik ki, görüntülərə baxan sürücü və piyadalar bundan özləri üçün dərs götürəcək.

RƏYLƏR