Gədəbəy İcra Hakimiyyəti “10 manatlıq” şirkətə 805 minlik tender verib

OXUNUB: 560 İQTİSADİYYAT HADİSƏ

Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

Tenderin qalibi "Ərdagı” MMC olub. Şirkətlə 804 min 995,21 manat dəyərində tender müqaviləsi bağlanıb.Qeyd edək ki, "Ərdagı” MMC 1992-ci ildə yaradılıb və nizamnamə kapitalı 10,6 manatdır. Gəncə şəhərində qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur/Ölkə.az

 


RƏYLƏR