İcmal.Az virtualaz.org-a istinadən bildirir ki, Nikol Paşinyan ötən gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən necə saxlanıldığını danışıb: "MTX-in bir qrup əməkdaşı məni oğurladılar və xəlvəti şəkildə Sevan polis şöbəsinə apardılar, yolda mən onlarla zarafat etdim, anlamadılar. Dedim Serjin hakimiyyəti daha yoxdur, Ermənistanda artıq yeni hakimiyyət var, bu hakimiyyətin adı -Ermənistan xalqıdır".
Paşinyanın sözlərinə görə, onu əvvəlcə təcridolunmuş vəziyyətdə saxlayırdılar, lakin yüksək vəzifəli şəxslər təcridxanaya baş çəkməyə başlayanda o anlayıb ki, artıq məxməri inqilab baş verib.
"Bu gün səhər mənə təklif etdilər ki, Sərkisyanın oktyabrda istefa verməsi ilə razılaşım. Razılaşmadım. İki saat sonra təklif etdilər ki, Sərkisyan bir ay sonra istefa verir, sonra deilər aprelin 25-ə getməyə hazırdır. Mən bütün bu təklifləri dinlədim və öz tələbimi irəli sürdüm-Serj Sərkisyan iki saat ərzində istefa verməlidir, və belə də oldu"-Paşinyan elan edib.

İcmal.Az