Gənc Mühasiblər İctima Birliyi “Regionlarda qadınların maliyyə savadlılığınınartırılmasına dəstək” layihəsinin icrasına davam edir

OXUNUB: 880 SOSİAL
  Layihə   Azərbaycan   Respublikasının   Qeyri-Hökumət   Təşkilatlarına   DövlətDəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.Layihənin məqsədi ölkə iqtisadiyyatına və ölkəmizdə qadınların, həm də gəncqızların   maliyyə   savadlılığının   artırılmasına   dəstək   göstərməkdir.   Bu   məqsədləLənkəran, Masallı və Biləsuvar rayonlarında təlimlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, ilk təlim 12 oktyabr 2022-ci il tarixində Masallı rayonunda HeydərƏliyev   Mərkəzində   baş   tutmuşdur.   Tədbir   GMİB-in   sədri   Solmaz   Əliyevanın   vəGənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru AynurTağıyevanın  çıxışı  ilə  açıq  elan  edilmişdir.  Təlimçilər  qismində  Rəvan  Cəfərli  vəSelcan Əlibəyova, ekspert qismində Qərənfil Rəhmanova iştikrak etmişdir. TəlimdəMasallı   rayonundan   sahibkarlığa   başlamaq   istəyən   və   sahibkarlıq   fəaliyyəti   iləməşğul olan qadınlar, xüsusilə də gənclər olmaqla 15 nəfər iştirak etmişdir. Təlimmüddətində təlimçilər tərəfindən Ağıllı büdcə, Ailə büdcəsinin idarə olunması,  Gəlirvə   xərclərin   planlaşdırılması,   idarə   olunması,   Maliyyə   məqsədlərininformalaşdırılması,   Yığımlar,   qənaət   yolları   və   gözlənilməz   hallar   üçün   fövqəladəfondun  yaradılması,  Borc  alma  və  investisiya  kimi  təməl   maliyyə  anlayışlar,Qadınların   biznesdə   rolu   və   Maliyyə   resurslarına   çıxış   mövzusunda   genişməlumatlandırıldılar. Çay fasiləsindən sonra ikinci sessiyada nəzəri keçirilən təliminpraktiki hissəsi təşkil edilmiş, iştirakçılarla interaktiv oyunlar təşkil edilmiş, qaliblərkitabla mükafatlandırmışlar. Sonda hər bir iştirakçıya sertifikat təqdim olunmuşdur.Layihə  1  sentyabr   2022-ci   il   tarixindən  1   noyabr   2022-ci   il  tarixinə  qədərmüddəti əhatə edir.
Açıklama yok.
Açıklama yok.
 Açıklama yok.


RƏYLƏR