Gəncə I Beynəlxalq Musiqi Festivalının iştirakçıları Gəncədən xoş təəssüratlarla ayrılıblar

OXUNUB: 832 MARAQLI
"Gəncə - 2017 MDB Dövlətlərinin Mədəniyyət Paytaxtı" layihəsi çərçivəsində Gəncə l Beynəlxalq Musiqi Festivalı iştirakçıları Heydər Əliyev Mərkəzi, Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi, Nizami Gəncəvi məqbərəsi, Nizami Gəncəvi Muzeyi, Heydər Əliyev adına meydan, Miniatür Kitab Muzeyinin Gəncə filialı ilə tanış olublar.

Qeyd edək ki, Gəncədə keçirilən Gəncə l Beynəlxalq Musiqi Festivalında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur "Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının "Kupalinka” folklor qrupu şəhərdən xoş təssüratlarla ayrılıblar.

İcmal.Az
 

RƏYLƏR