Gəncə sakini 5-ci mərtəbədən yıxılaraq ölüb

OXUNUB: 895 HADİSƏ

Gəncədə ölüm hadisəsi baş verib.

 

Şəhərin Gülüstan qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qəşəm Bədəlov həmin qəsəbədə yaşayan qızının evində eyvana çıxan zaman ehtiyatsızlıq nəticəsində 5-ci mərtəbədən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. /apa

 

İcmal.Az

RƏYLƏR