Gəncə sakini Goranboyda güllə yarası alıb.
Rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb.
Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. /apa
İcmal.Az